SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Royal Palm" restoranından narazılıq: "Bütün günümüzü məhv etdiklərinə görə ayrıca təşəkkür edirik burdan onlara"

"Royal Palm" restoranından narazılıq: "Bütün günümüzü məhv etdiklərinə görə ayrıca təşəkkür edirik burdan onlara"

Tarix:

24-08-2020, 11:43

/ 1 487 dəfə oxundu.
"Royal Palm" restoranından narazılıq: "Bütün günümüzü məhv etdiklərinə görə ayrıca təşəkkür edirik burdan onlara"

Pandemiyaya qarşı tətbiq edilən sərt karantin şəraiti yumşaldılandan sonra, kafe və restoranlara açıq havada müəyyən şərtlər altında müştəriləri qəbul etməyə icazə verildi. Lakin bir çox vətəndaşlarımız restoranların xidmət servisindən narazıdırlar. Narazı vətəndaşlardan biri, sosial şəbəkə istifadəçisi Cəbrayılova Zəhra xanımdır. Zəhra xanım şikayətində yazır:
"Salam, şikayətimiz RoyalPalm restoranındandır. Çox narazı qaldıq çox. Ayın 19 u yığdıq onlara 20 si üçün rezervasiya etdik 18:00 a ,gedəndə propkaya düşdük, yarimsaata kimi gecikdik.
Yerimizə ayrı adam otuzdurublar,baxdıq rezervasiya qeydlərində ad soyadımız əlaqə nömrəmiz var,bəhanə etdilər ki, gecikmisiz.
Sual yaranır o, nömrəni niyə yazmısan ora, müştərini gözləməyəcəkdinsə ? Və rezervasiyanın nə mənası qaldı?
Artıq mənim stoluma başqası oturacaqsa və mən ayaq üstə qalacamsa? Dedk eybi yox boş stol nə çoxdur əyləşərik birinə fərq etməz,qoymadılar. Bizdən sonra nəqədər müştəri gəldidə əyləşdidə biz qaldıq ayaq üstə. Özəl günümüzü qeyd etməyə getmişik, nə özəl gün qaldı, nə əsəb özümüzdə ac. Bir stol təşkil etmədilər ki oturaq . Nəqədər boş stol var idi dedik əyləşək dedikət ofisant gəlməyəcək o stola.
Yekun olaraq nə dediksə olmadı bir masa təşkil edilmədi bizə. Belə məsuliyyətsizlik ömrümdə ilk idi. Saat 18.30 radələrində girdik restorana 20:00 radələrində artıq bezdik ayaq üstə qalmaqdan çıxdıq getdik. O əsəb yorğunluğ bizdə nə özəl gün qoydu qala, nədə iştah.
Çox pis çox narazı qaldıq RoyalPalmdan çox. Bütün günümüzü məhf etdiklərinə görə ayrıca təşəkkür edirik burdan onlara ."
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
"Royal Palm" restoranından narazılıq: "Bütün günümüzü məhv etdiklərinə görə ayrıca təşəkkür edirik burdan onlara"

Şərhlər

XƏBƏR LENTİ