SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İraqın şimalında əməliyyat zamanı şəhid olan türk hərbçilərin sayı 8-ə çatıb - YENİLƏNİB

İraqın şimalında əməliyyat zamanı şəhid olan türk hərbçilərin sayı 8-ə çatıb - YENİLƏNİB

Tarix:

Bu gün, 09:02

/ 50 dəfə oxundu.
İraqın şimalında əməliyyat zamanı şəhid olan türk hərbçilərin sayı 8-ə çatıb - YENİLƏNİB

  
İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun daha üç hərbçisi şəhid olub.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da sözügedən əməliyyatda ölən hərbçilərin sayı 8-ə çatıb.

***

İraqın şimalında bir mağarada əməliyyat-axtarış tədbirləri zamanı Türkiyə Ordusunun 19 hərbçisi metan qazından zəhərlənib, 5-i həyatını itirib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 28 may 2022-ci ildə İraqın şimalında Pençe-Kilit Əməliyyatı bölgəsində əməliyyat-axtarış tədbirləri zamanı PKK terrorçularının açdığı atəş nəticəsində Nuri Melih Bozkurt şəhid olub. Həmin vaxt intensiv atəşlə əlaqədar onun meyitini çıxarmaq mümkün olmayıb. Bu gün – iyulun 6-da Nuri Melih Bozkurtun nəşinin tapılması üçün mağarada əməliyyat-axtarış tədbiri həyata keçirilib və əməliyyat zamanı 19 əsgər metan qazından zəhərlənib.Vertolyotla xəstəxanaya yerləşdirilən 19 əsgərdən 5-i həyatını itirib.

Şərhlər

XƏBƏR LENTİ