KİV: İsrailin Qəzzaya endirdiyi hava hücumlarında 24 saat ərzində 78 nəfər ölüb
Son 24 saat ərzində İsrailin Qəzzaya endirdiyi hava hücumlarında 24 saat ərzində 78 nəfər ölüb.
Bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Bununla yanaşı, son bir neçə həftə ərzində Qəzza zolağında 700-dən çox fələstinli ərzaq yardımı almağa çalışarkən öldürülüb.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail-Qəzza müharibəsində 57 300-dən çox insan həlak olub, 136 000-ə yaxın insan isə yaralanıb.
Xatırladaq ki, mayın 18-də İsrail Ordusu "Gideonun cəng arabaları" genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənub rayonlarında döyüş əməliyyatlarına başladığını elan edib. Həmin gün İsrail Baş naziri Benyamin Netanyahunun ofisi anklavda aclığı qabaqlamaq üçün Qəzza zolağı ərazisinə "baza səviyyədə" ərzağın gətirilməsinə icazə verəcəyini bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...