SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda karantini yenə pozdular – Qalmaqallı keçmiş məmur qızı və əri də orada olub – VİDEO

Bakıda karantini yenə pozdular – Qalmaqallı keçmiş məmur qızı və əri də orada olub – VİDEO

Tarix:

14-06-2020, 18:03

/ 3 449 dəfə oxundu.
Bakıda karantini yenə pozdular – Qalmaqallı keçmiş məmur qızı və əri də orada olub – VİDEO

Bakıda restoranların birində keçirilən ad günü məclisində ölkədə tətbiq edilən karantin qaydaları yenidən pozulub.

Axşam.az-a istinadən bildiririk ki, bunu əks etdirən görüntüləri rəqqasə Aygün İnstaqram hesabında paylaşıb.

Video kosmetoloq Nigar Rüfətin ad günündə qeydə alınıb. Kadrlardan da bəlli olduğu kimi, məclisdə 10-dan çox insan iştirak edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə görə isə ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsi (toy, yas, doğum günü və s.), eləcə də 10-dan çox insanın bir yerə toplaşmağı qadağandır.

Ad günü mərasimində Bakı “Lifttəmir” İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı, tez-tez qalmaqallı hadisələrlə gündəmə gələn Aysel Şükürova və əri Oqtay da iştirak ediblər. O, rəqqasənin çıxışı zamanı onun sinəsinə pul qoymağa çalışıb.

Qeyd edək ki, Aysel Şükürovanın İnstaqram-da bir milyondan çox izləyicisi olan səhifəsi var. O, bu yaxınlarda sosial şəbəkədə vətəndaşı və ailəsini ağır söyüşlərlə təhqir etməsiylə gündəmə gəlmişdi. A.Şükürovanın atası Qüdrət Şükürov haqda 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb.

Bundan öncə isə Ayselin ikinci dəfə ailə qurduğu zaman toyuna 400 min manat xərclədiyi haqda məlumat yayılmışdı.

Şərhlər

XƏBƏR LENTİ