SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kontakt Home müştəriləri narazı salır - ŞİKAYƏT

Kontakt Home müştəriləri narazı salır - ŞİKAYƏT

Tarix:

10-08-2020, 20:29

/ 1 025 dəfə oxundu.
Kontakt Home müştəriləri narazı salır - ŞİKAYƏT

Gündəlik Bakı qəzeti yazır ki, sosial şəbəkə istifadəçisi Gülər Qurban Kontakt Home-dən narazıdır. Kontakt Home-nin müştərisi olan Gülər Qurban şikayətində yazır:
Şikayətim hamının "sevimlisi,can deyib can eşitdiyi "hörmətli"" Kontakt Home 'dandır
Təcili lazım olduğu üçün online sifariş etdim 2 günə (gecə 11də ) sifarişim (tozsoran) gəldi. Kuryerlərə bildirdim ki, gözlüyün yanınızda açım sonra gedin,bildirdilərki indi mənası yoxdu,bir problem olsa mağazayla əlaqə saxlasaz gəlib aparılacaq,nəysə gecə 11-də çox uzada bilmədim sifarişi təhvil verib getdilər.
Vaxt keçmədən sifarişi açdım və gözlənilən hadisə baş verdi. Məhsulda 2 qüsur var idi. Səhər zəng edib uzun mübarizədən sonra əlaqə yarada bildik və bildirdilərki məhsulda problem varsa biz yox siz gətirməlisiz ,ilk növbədə diaqnostikadan keçirilməlidi sonra problemin qaynağı aşkarlanıb (ən az 1həftədən sonra) ona uyğun qərar veriləcək,əgər zədə alıbsa geri götürülməyəcək. ( Bu da mənim təcili sifarişim guya online edib işimi azaltmışdım )
Birincisi problem diaqnostikalıq deyildi, açıq aydın görünürki, naqil öz yerinə keçmir və toz torbası yerindən çıxmır,düyməsi işləmir
İkincisi niyə məhsul mağazada yoxlanmadam müştəriyə göndərilir?
Üçüncüsü məhsul birdən zədəlidisə və karqoda alınıbsa zədə buna mən niyə məsuliyyət daşımalıyam?
Dördüncüsü hansi üznən məhsulu göndərəndə nə vəziyyətdə olduğundan xəbəriniz olamdadığı halda (7m-lik naqil tozsorandan çıxmış halda qoyulmuşdu qutuya) diaqnostikada öz bazanızda olarkən yaranan cızıqlara az qala lupayla baxib müştəri tərəfindən zədələndiyin qeyd edirsiz.

P.s məhsulu diaqnostikaya bugün təhvil vermişəm. Çox səbirsizliklə cavab gözləyirəm.

P.s 2. Kontakti məsləhət görməyən dostlardan dönə-dönə üzr istəyirəm.

Şərhlər

XƏBƏR LENTİ