Gədəbəydə məmurlar QOÇULUQ EDİR - NARAZILIQ VAR...
Gədəbəydə məmur özbaşınalığı geniş vüsət almaqdadır. Bu barədə "Dia-az"a gileylənən gədəbəylilər iddia edir ki, məhz özlərini toxunulmaz hiss edən ayrı-ayrı vəzifəli şəxslər səbəbindən bu gün yerli sakinlər rayondan qaçmaq zorunda qalırlar.
Sakinlər iddia edir ki, konkret olaraq Gədəbəy rayonu Saratovka kəndinin örüş yeri qanunsuz olaraq yerli məmurlar tərəfindən zəbt olunub və nəticədə kəndlilər heyvanlarını otara bilmələri üçün yer tapa bilmirlər.
Sakinlərin bildirdiyinə görə, hətta müqavilə ilə sahibi olan torpaq sahələri belə örüş yeri olaraq zəbt olunub.
"Məsələn, Xəyal Rzayev adlı birisi var və açıq şəkildöə özbaşınalıq edir" deyən narazı Gədəbəy sakinləri qeyd edirlər ki, X.Rzayev özü Gədəbəy rayon məhkəməsinin icra şöbəsində işləsə də əsas himayədarı yerli icra hakimiyyətində oturub.
Qeyd edək ki, narazılığa səbəb olan örüş yeri ilə bağlı Gədəbəy rayon icra hakimiyyəti də məlumatlandırılıb: "Amma görünür ki, kimisə kəndlinin durumu düşündürmür. Kəndlinin heyvanları acından da ölsə, məmurların heyvanları tox olmalıdır..."
Məsələ diqqətimizdədir...
Dia-az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır