Naxçıvanda min bir dərdə dərman olan suyun sirri nədir?
Naxçıvan Muxtar Respublikası ərazisində 200-dən çox mineral bulaq mövcuddur. Onların əksəriyyəti müalicəvi xüsusiyyətləri ilə tanınır.
Culfa şəhərindən 8-9 kilometr aralıda yerləşən Darıdağ arsenli mineral suyu da həmin bulaqlardan biridir. Bu su illərdir yerli sakinlərin və qonaqların sağlamlıq məqsədilə üz tutduğu məkanlardandır.
"Güclü ağrılarım var idi. Əməliyyat olunmalı olduğumu demişdilər, amma buraya gələndən sonra ağrılarım keçib. İndi özümü çox yaxşı hiss edirəm", - deyə müalicə alan sakinlərdən biri bildirib.
Kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədovanın sözlərinə görə, Darıdağ mineral suyu qan təzyiqinin tənzimlənməsi, ürək fəaliyyətinin yaxşılaşdırılması, sinir sistemi, dəri və qadın xəstəliklərinin müalicəsində də təsirlidir. //Baku TV

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək