Qida və infrastruktur üzrə 900 bağçada monitorinqlər keçirilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı və regionlarda fəaliyyət göstərən 900 məktəbəqədər təhsil müəssisəsində qida və infrastruktur üzrə monitorinqlər keçirib.
Bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinə dair hesabatında yer alıb.
Qeyd olunub ki, bağçalarda 3200-ə yaxın direktor, aşpaz və aşpaz köməkçiləri üçün təlimlər keçirilib.
Hesabata əsasən, bu il ölkə üzrə 9 yeni bağçanın açılması planlaşdırılır.
Bildirilib ki, 2024-cü ildə yeni tikilən 14 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bu ilin ötən dövründə 5 məktəbəqədər təhsil müəssisəsi isə əsaslı təmir olunub. Bu ilin yanvar ayından etibarən 11 bağçanın (2-si açılıb, 9 bağçanın açılması planlaşdırılır: ümumi tutumu - 900 yer) fəaliyyətə başlaması nəzərdə tutulub. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...