Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?
"DogruXeber.az" olaraq son dövrlərdə “tikinti yarışları”nın şahidi oluruq. Binəqədi, Nəsimi, Nizami, Suraxanı, Sabunçu və Xəzər rayonları sanki gizli razılaşmaya giriblər: “Kim daha çox qanunsuz tikinti həyata keçirəcək?” Bu bir “dövlətin qanunlarını saya salmama çempionatı”dır və görünən odur ki, Sabunçu rayonu heç kimə uduzmaq fikrində deyil. Rəhbərlik başda olmaqla hər kəs döyüş mövqeyindədir – əlbəttə, qanunsuzluq uğrunda!
Əlində bir tikə torpağı olan vətəndaşın tikintisini belə amansızcasına texnika ilə dağıdan Sabunçu rayon icra hakimiyyəti, maraqlıdır, Qambay Vəzirov, Elşən Mehdiyev küçələrində, eləcə də Ramanı və Zabrat 1 ərazilərində göyə yüksələn divarları niyə görmür? Bəlkə gözlər “filtrli rejim”də işləyir? Yəni yalnız icazəsi olanları seçir və məhv edir, icazəsizlərə isə heyranlıqla baxır?
Üstəlik, Savalan yaşayış massivində artıq 3 həftədir tikintisi davam edən iri iaşə obyektinə nə icra başçısı Adil Vəliyev, nə də müvafiq qurumlar “dur” demirlər. Bəlkə, hörgü səsi səsləndə zəif eşidirlər, bəlkə də oradan gələn pulların səsləri qulağı batırır...
Adil Vəliyev – Sabunçu rayonunun “baş bələdçisi”. Rəsmi bioqrafiyasında "peşəkar dövlət qulluqçusu" yazılsa da, reallıqda tikinti mafiyasının "susqun müşahidəçisi" kimi görünür. Qanunların pozulmasına qarşı susur, amma Vəliyev Paşa Malik oğlunun sənədli tikintisini darmadağın etməyə çox da həvəsli görünür.
"DogruXeber.az" olaraq soruşuruq: Qanun nə vaxtdan yalnız sənədi olanlara tətbiq edilir?
Digər tərəfdə isə Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dayanıb. Sanki “şəhər necə gəldi salınsın, amma şikayət olmayanda” prinsipini rəhbər tutur. Halbuki onun vəzifəsi “planlı tikinti, qanuni infrastruktur” yaratmaqdır. Amma nə görürük? Anar müəllim ətrafındakı xaosu sənədlərlə düzəltmək yerinə, kağız üstə gözəl şəhərlər çəkir. Gözəl planlar, gözəl şəkillər – real həyatda isə qanunsuz daşlar, hər yerdə çirkab inşaat.
Əgər bu tikintilər qanunidirsə – niyə ictimaiyyətə açıqlama verilmir?
Yox əgər qeyri-qanunidirsə – niyə qarşısı alınmır?
Adil Vəliyev və Anar Quliyev, əgər siz bu rayona və ölkəyə xidmət edirsinizsə – bəs niyə vətəndaşın “qanuni tikinti hüququ”na buldozer sürürsünüz, qanunsuza isə xalça döşəyirsiniz?
"DogruXeber.az" olaraq bir daha bildiririk: Biz tənqid etdiyimiz qədər dinləməyi də bacarırıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Mövzuya qayıdacağıq. Çünki Sabunçuda daş danışır, amma aidiyyəti qurumların rəhbərləri susur...
DogruXeber.az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub