SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İcbari Sığorta Bürosu niyə zərər edir?

İcbari Sığorta Bürosu niyə zərər edir?

Tarix:

29-12-2020, 09:36

/ 730 dəfə oxundu.
İcbari Sığorta Bürosu niyə zərər edir?

Son günlər İcbari Sığorta Bürosu ətrafında ictimaiyyətdə aparılan müzakirələr, İSB-yə ünvanlanan suallar və tənqidlər artmaqda davam edir. Bəzi araşdırmaların nəticələrində İSB rəhbərliyi korrupsiya və qohumları vəzifəyə təyin etməkdə ittiham edilib.

“Paşa Sığorta” şirkətinin İdarə Heyətinin birinci müavini olmuş Əli Bayramov Mubahise.az-a açıqlamasında İcbari Sığorta Bürosu ətrafında baş verənlərə münasibət bildirib.

Ə.Bayramov qeyd edib ki, o da bir neçə vaxtdır İSB-yə suallar ünvanlayıb: “Qoy icbari sığorta növlərinin katastrofik riskləri ilə bağlı cəmiyyətə məlumat versinlər.

Ümumiyyətlə ictimaiyyətə açıqlama versinlər ki, İkinci Qarabağ Müharibəsi nəticəsində icbari sığorta növləri üzrə nə qədər ümumi ödəniş gözlənilir. Bu ödənişləri ümumi bazar üzrə ödəmək qabiliyyətimiz varmı? Katastrofik risklərlə bağlı Müharibə dövrü üçün risklər və təminatla bağlı geniş məlumat verilməlidir. İctimaiyyət də bilməlidir ki, İcbari Sığorta Bürosunda hər şey yaxşıdır.

Məndə olan məlumata görə, Büroda katastrofik risklərlə bağlı hesablamalar düzgün aparılmayıb və qeyri-dəqiq limitlər müəyyən olunub. Qanunvericiliyə görə isə bu, İSB-nin vəzifəsidir. Bu günə kimi bununla bağlı heç bir məlumat verilməyib.

Müharibə nəticədə əmlaklara da ciddi ziyan dəyib. Ona görə də açıqlanmalıdır ki, İkinci Qarabağ Müharibəsində sığorta bazarının öhdəliyi, borcu nə olacaq”.

“Paşa Sığotra”nın sabiq rəhbəri qeyd edib ki, İcbari Sığorta Bürosu yarandığı tarixdən ilk dəfə olaraq zərərə uğrayıb:

“Bu məsələ izah olunmalıdır ki, hansı səbəblərdən illərlə müvafiq icbari sığorta növləri üzrə həm faizləri və həm iştirakçı haqları yığan İcbari Sığorta Bürosu niyə zərərə uğrayıb.

Bunun səbəbi "Standart İnsurance" şirkətinin bağlanmasıdırmı? Orada olan yığılmış pullar bir şirkətin yox, ümumi sığorta bazarının riskini daşıyır.

İctimaiyyətə hesablama təqdim edilməlidir ki, necə ola bilər ki, illər boyu yığılmış pullardan sonra bir şirkətin bağlanması ilə zərər baş verib. Deməli, orada da hansısa qaranlıq məqamlar var.

İnformasiya texnologiyaları sahəsində geriqalmalar var. Burada İcbari Sığorta Bürosu ilə yanaşı sığorta şirkətləri də günahkardır. Şirkətlər hələ də öz İT data bazalarını bölüşmək istəmirlər, bunun inteqrasiyası nəticəsində böyük təhlükə ilə üzləşəcəklərini düşünürlər”.

Şərhlər

XƏBƏR LENTİ