İcbari Sığorta Bürosunda YENİ TƏYİNAT olub
“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Allahverdi oğlu Əliyev “İcbari Sığorta Bürosu” nun Himayəçilər Şurasına yeni sədr təyin edilib.
Yeni seçilən sədr deyib: “Bildiyiniz kimi, “Atəşgah” Sığorta Şirkəti artıq 5 ildir ki, İcbari Sığorta Bürosunun üzvüdür. İnanıram ki, bu yeni təyinat həm respublikamızda fəaliyyət göstərən sığorta şirkətlərinin, həm də büronun işlərinə öz müsbət töhfəsini verəcək. Bu vəzifəni icra etdiyim müddət ərzində ölkəmizdə icbari sığorta sisteminin sabitliyi və inkişafının təmin edilməsi yolunda bütün gücümü səfərbər edəcəyəm”.
İcbari Sığorta Bürosu, ali idarəetmə orqanı - Himayəçilər Şurası və icra orqanı olan İcraçı direktor tərəfindən idarə olunur. Şura üzvlərinin tərkibinə Maliyyə Bazarlarına Nəzarət Palatasının iki nümayəndəsi, iştirakçı sığortaçıların isə üç nümayəndəsi daxildir.
Qeyd edək ki, Azər A.Əliyev bir müddət öncə Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin sədri vəzifəsinə təyin olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək