Bəzi sığorta şirkətləri “Odlar Yurdu Sığorta Brokeri” ilə əməkdaşlığı dayandırıb - SƏBƏB
Azərbaycanda fəaliyyət göstərən bəzi sığorta şirkətləri yeni fəaliyyətə başlamış “Odlar Yurdu Sığorta Brokeri” şirkəti ilə əməkdaşlığını dayandırıb.
FED.az sığorta sektorundakı etibarlı mənbələrdən aldığı məlumata görə, bəzi sığorta şirkətləri tərəfindən hətta “Odlar Yurdu Sığorta Brokeri” ilə əməkdaşlığın dayandırılması ilə bağlı İcbari Sığorta Bürosuna müraciət də olunub.
Şikayətçi sığorta şirkətləri tərəfindən edilən müraciətin nəticəsi olaraq, İcbari Sığorta Bürosu “Odlar Yurdu Sığorta Brokeri”nin icbari avtomobil sığortası novü üzrə müvafiq sistemə (user kimi stop qoyulub) girişinə qadağa qoyub. Artıq broker şirkəti həmin sığorta şirkətləri ilə əməkdaşlıq edə bilməyəcək.
Əldə etdiyimiz məlumata görə, “Odlar Yurdu Sığorta Brokeri” əməkdaşlıq etdiyi sığorta şirkətləri ilə biznes qaydalarına uyğun şəkildə davranmayıb. Broker şirkətinin əməkdaşları sığorta şirkətinin mövcud müştərisinin sığorta müqaviləsini başqa şirkətin adına yazırmış.
Qeyd edək ki, bir neçə il əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) apardığı sığorta bazarının maliyyə dayanıqlığının artırılması və istehlakçıların hüquqların qorunması istiqamətində apardığı yoxlama və monitorinqlər nəticəsində "Odlar Yurdu Sığorta Brokeri” MMC-də müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericilik tələblərinə riayət edilməməsi, icbari sığorta müqavilələrinin qanunazidd olaraq endirimlə istehlakçılara təqdim edilməsi, o cümlədən istehlakçılar qarşısındakı vəzifələrin tam icra olunmaması və digər nöqsanlara yol verilməsi faktları aşkar edilmişdi.

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var