XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Tikinti şirkətinin Xırdalanda “yaşıl soyqırımı” – Fotolar

Tikinti şirkətinin Xırdalanda “yaşıl soyqırımı” – Fotolar

Tikinti şirkətinin Xırdalanda “yaşıl soyqırımı” – Fotolar
30-03-2020, 18:29

Abşeron rayonunun Xırdalan şəhərindəki Heydər Əliyev prospektində yol kənarında vaxtilə əkilmiş, yaşı 50-60-ı keçmiş ağacların kəsilməsinin yeni dalğası başlanıb.

Reportyor.info xəbər verir ki, səbəb kimi bəhanə olaraq yolun genişləndirilməsini qeyd edirlər. Bu barədə Elcan Hüseyn adlı vətəndaş “feysbuk” səhifəsində məlumat paylaşıb.

Halbuki kəsilən ağacların düz qabağında “Afşaran” MMC tikinti şirkəti bina inşa edir. Belə məlum olur ki, yol genişləndirilməsi bəhanədir, şirkət öz inşaat maraqlarına görə Xırdalanda oksigeni azaltmağa, yaşıllıqlara qənim kəsilməyə hazırdır. Həmin ərazidən fotoları təqdim edirik:
Tikinti şirkətinin Xırdalanda “yaşıl soyqırımı” – Fotolar

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.