Xırdalanda tikinti şirkəti 60 ailəni işıqsız qoydu-VİDEO
Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən və 60-dan çox ailənin yaşadığı 39 saylı binada işıqlar söndürülüb.
Buna səbəb binanın “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə enerji borcunun yaranmasıdır.
“Kristal” M.V.U adlı inşaat şirkəti tərəfindən inşa olunan bina təhvil verilmədən sakinlər köçürülməyə başlanıb. Buna görə də həmin binaya elektrik bir sayğacdan paylanıb. Bu səbəbdən də sakinlər işıqpullunu hər ay binanın komendantına ödəyiblər. Buna baxmayaraq, binanın “Azərişığ”a borcu yaranıb. Nəticədə sakinlərin mənzilləri işıqsız qalıb.
Sakinlər bildirirlər ki, bina komendantı enerjinin itkiyə getdiyini, borcun da elə bu səbəbdən yarandığını deyir.
Çəkiliş ərəfəsində şirkətin icraçı direktoru Cəfər Aşurov və Etibar adlı daha bir məsul şəxs həmin ünvana gəldi. Ancaq çəkiliş olduğunu bildikdə suallarımıza cavab vermədən ərazidən uzaqlaşdılar. Binanın komendantı da məsələdən xəbərdar olub, ərazini tərk etdi.
Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Nemət Qasımov isə bildirdi ki, binanın enerji ödənişləri hər ay yarımçıq ödənilib. Borc da elə buna görə yaranıb. Yəni enerjinin itkiyə getməsi iddiası əssassızdır.
Nemət Qasımov həmçinin bildirdi ki, bina texniki şərtlərə tam cavab vermədiyi üçün mənzillərə ayrılıqda sayğac quraşdırılmayıb. Hazırda bu istiqamətdə danışıqlar gedir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...