Xətaidə növbəti "ağac soyqırımı" - FOTOLAR
Paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsi, ev 23 - 24 ünvanında yaşayan sakinlər ərazidəki ağacların kəsilməsi ilə bağlı redaksiyamıza müraciət edib.
Demokrat.Az xəbər verir ki, sakinlər öz müraciətlərində Xətai rayon İcra Hakimiyyətinin məsul şəxslərindən şikayət ediblər.
Sakinlər deyir ki, həmin ərazi metronun "Əhmədli" stansiyasının yaxınında yerləşir:
"Həyətimiz - uşaqların və yaşlıların yeganə istirahət məkanı qansız tikinti işbazlarının caynağından qurtula bilmir. Əvvəl yaşıl soyqırım həyata keçirdilər, indi də katlavan qazmağa hazırlaşırlar. Danışmaq istəyəni də polislə hədələyirlər. Bunlara sənəd verənin görəsən ağlı yerində olubmu? 600 nəfərə yaxın sakin - xəstə, yaşlı, təqaüdçü, uşaq, qadın rəsmən istirahət yerindən məhrum olub, həyətdə dəhşətli avtomobil sıxlığı yaranıb", - deyə sakinlər qeyd edir.
Sakinlər ərazidən çəkilmiş fotoları da redaksiyamıza təqdim ediblər.
Demokrat.Az







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?