“Kral” MTK Heydər Əliyev prospektində yaşıllığı hədəfə alıb – Fotolar
Tikinti şirkətlərinin yaşıllıqlara qənim kəsilməsinin coğrafiyası Xırdalana qədər uzanıb. AzEuroNews.com-a yerli sakinlərdən göndərilən fotolarda bu fakt öz əksini tapmaqdadır.
Xırdalanın mərkəzi Heydər Əliyev prospektində yaşıllıqlar hasara alınaraq, kəsiləcəyi günü gözləməkdədir.
Sakinlərin verdiyi xəbərdə deyilir ki, sözügedən şirkət yaşıllıqları qırmaq üçün fürsət gözləyir. Mərhum Heydər Əliyev vaxtilə demişdi ki, “ağacları kəsənlər, elə bil qollarımı kəsirlər”.
“Kral” MTK isə H.Əliyevin adını daşıyan prospektdə oksigenə, təbiətə düşmən kəsilərək onları məhv edib yerində bina tikməyə hazırlaşır, Abşeron RİH da buna rəvac verməkdədir.
Hazırda ərazi hasarlanıb, mühasirədə qalan ağacların doğranması üçün məqam gözlənilir. Ancaq hələlik buna cəhd etmirlər. Görünür ki, əlverişli fürsət üçün pusquda dayanıblar.
Qeyd edək ki, son illər Nizami, Xətai, Nəsimi və digər rayonlarda yaşıllıqlara “divan tutulması” adi hal alıb.
Yaxın günlərdə Nizami rayonundakı qırhaqırdan, qarış-qarış sathasatdan reportaj təqdim edəcəyik.
AzEuroNews.com






Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?