XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var – Xanımından açıqlama

Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var – Xanımından açıqlama

Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var – Xanımından açıqlama
13-12-2019, 11:31

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətində müsbət dinamika müşahidə olunur. Son sutkalar fəal daha yaxşı nəfəs almağa başlayıb, böyrəyindəki kreatin azalmağa başlayıb, temperatur normaya düşüb.
Bu barədə Turan-a hüquq müdafiəçisinin xanımı Füruzə Gülalıyeva bildirib.

Buna baxmayaraq, o hələ də komadadır. Lakin müalicədəki müsbət dinamika fəalın bu durumdan çıxacağına ümid yaradır.

Xatırladaq ki, tanınmış hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, ağır kəllə-beyin travması alıb, beyninə qan sızıb. Bir neçə saatdan sonra komaya düşüb. Oktyabrın 30-da Bakıda ona neyrocərrahiyyə əməliyyatı edilib.

Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvəti ilə gələn türkiyəli mütəxəssislər O.Gülalıyevin müalicə üçün Türkiyəyə aparılmasını tövsiyə ediblər. Noyabrın 6-da o, AZAL-ın xüsusi reysi ilə İstanbula göndərilib və “Avrasiya” klinikasına yerləşdirilib. Noyabrın 19-da “Amerika” xəstəxanasına köçürülüb, ertəsi gün başına yığılmış mayeni çıxarmaq üçün başqa bir neyrocərrahiyyə əməliyyatı keçirilib.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə O.Gülalıyevin müalicəsi ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.