SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Oqtay Gülalıyev İstanbulda “Amerika xəstəxanasına” köçürülüb – Xanımı

Oqtay Gülalıyev İstanbulda “Amerika xəstəxanasına” köçürülüb – Xanımı

Tarix:

18-11-2019, 17:37

/ 898 dəfə oxundu.
Oqtay Gülalıyev İstanbulda “Amerika xəstəxanasına” köçürülüb – Xanımı

Oktyabrın 18-də komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyev İstanbuldakı “Amerika xəstəxanası”na köçürüləcək...
Bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, İstanbulun “Avrasiya” klinikasında aparılan müalicə nəticə verməyib.

“Oqtay komadan ayılmayıb. Vəziyyəti ağır olaraq qalır,” o bildirib.

Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Bundan sonra, Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Avrasiya xəstəxanasının həkimlərinin son rəyinə isitnadən bildirib ki, atasının komadan ayılması 6 aydan bir ilədək çəkə bilər.

“Həkimlərin bildirdiyinə görə, atanın beyın hüceyrələrindən üçü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq,” Təbriz Gülalıyev qeyd edib.

Şərhlər

XƏBƏR LENTİ