Füruzə Gülalıyeva: “Oqtay Gülalıyevin başqa müalicəyə ehtiyacı var”
Oqtay Gülalıyevin vəziyyətində yaxşılaşma yoxdur. Müalicənin davamı üçün başqa klinikaya köçürülməlidir.
Bu barədə onun xanımı Füruzə Gülalıyeva bildirib. O, İstanbulda “Avrasiya” klinikasında müalicə alan O. Gülalıyevin yanındadır.“
O hələ də koma vəziyyətindədir. Eyni zamanda ağ ciyərinə düşmüş infeksiyanın aradan qaldırılması ilə bağlı müalicə olunur. Hazırda Oqtayın daha da ixtisaslaşmış klinikada müalicəyə ehtiyacı var. Neyrocərrahların cəlb olunması lazımdır”, - F.Gülalıyeva qeyd edib.
Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. Yaxınları və həmkarları hadisənin qəsdən törədildiyini hesab edirlər.
Gec əməliyyat olunması onun ağır olan vəziyyətini daha da ağırlaşdırıb. Üç gündən sonra Heydər Əliyev Fondu O.Gülalıyevin müalicəsi məsələsini öz üzərinə götürərək onu İstanbul klinikasına göndərib.Turan

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək