XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Naxçıvanın daxili işlər naziri ev dustaqlığına götürüldü

Naxçıvanın daxili işlər naziri ev dustaqlığına götürüldü

Naxçıvanın daxili işlər naziri ev dustaqlığına götürüldü
16-07-2017, 23:54

Naxçıvan Muxtar Respublikasında daxili işlər naziri general-leytenant Əhməd Əhmədov vəzifədən çıxarılıb və ev dustaqlığına götürülüb.

xalqxeber.az xəbər verir ki, bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildirilib.

Naxçıvanın Daxili İşlər Nazirliyi başçısının vəzifələrini hazırda Əhməd Əhmədovun müavini icra edir.

Məlumatda o da bildirilir ki, muxtar respublikanın polisində yoxlamalar aparılır.

Qeyd edək ki, Əhməd Əhmədov Naxçıvanın Daxili İşlər Nazirliyinə 2000-ci ildən başçılıq edirdi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.