“Vurulan” naziri Naxçıvanı tərk etməyə qoymadılar - ƏHMƏD ƏHMƏDOV HAVA LİMANİNDAN GERİ QAYTARILDI
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq sərəncamı ilə vəzifəsindən azad edilən daxili işlər naziri Əhməd Əhmədovu Naxçıvanı tərk etməyə icazə verilməyib. Bu barədə Muxtar Respublikadakı mənbələr məlumatlandırıb. Məlumatda bildirilir ki, Naxçıvan hava limanından Bakıya uçmaq istəyən sabiq nazir geri qaytarılıb.
Öz növbəsində isə Əhməd Əhmədov səhhətində problem olduğunu və müalicə üçün Bakıya gəlmək istədiyini desə də qərar dəyişməyib.
Onu da qeyd edək ki, hələ 20 gün əvvəl Naxçıvanın DİN rəhbərinin “vurulacağını” yazmişdıq.
Onu da qeyd edək ki, Azərbaycan DİN-nin yüksək rütbəli heyətindən ibarət qrup Naxçıvan Muxtar Respublikasının DİN-nin fəaliyyətini araşdırıb. Araşdırmalar zamanı Əhməd Əhmədovun vətəndaşların hüquqlarını pozması, şikayətlərə baxılmasındakı qanunsuzluqlar ortaya çıxıb.
Bu yoxlama isə Ali Məclis sədrinin istəyi ilə baş tutub.
Gununsesi.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...