Naxçıvanın daxili işlər naziri istefaya göndərilir - ƏHMƏD ƏHMƏDOVLA VASİF TALIBOV ARASINDA CİDDİ PROBLEMLƏR YARANIB
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun vəzifəsindən kənarlaşdırılacağı barədə redaksiyamıza məlumat daxil olub.
Belə ki, verilən informasiyada deyilir ki, Əhməd Əhmədovun yaxın günlərdə istefaya göndəriləcəyi gözlənilir.
Buna səbəb onun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla arasında yaranan problemlərdir.
Verilən məlumatda qeyd olunur ki, artıq Vasif Talıbovun əmri ilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin daxili qoşunlarının komandanı İlkin Novruzov tutduğu vəzifədən azad edilib. Əhməd Əhmədovun səlahiyyətləri isə onun müavininə verilib.
Əldə etdiyimiz məlumatda bildirilir ki, onun nazir postunda qalması hələlik formal xarakter daşıyır. Çünki bütün səlahiyyətlərin icrası general-leytenantın müavininə həvalə edilib.
Qeyd edək ki, əslən Şərurun Tumaslı kəndindən olan Əhməd Əhmədov 2000-ci ilin iyun ayından Naxçıvan Muxtar Respublikasının daxili işlər naziridir.
Gununsesi.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək