SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanov nazir vəzifəsinə gətirilir, Ramin Quluzadə yola salınır... - İddia

Cavid Qurbanov nazir vəzifəsinə gətirilir, Ramin Quluzadə yola salınır... - İddia

Tarix:

1-09-2020, 20:04

/ 1 867 dəfə oxundu.
Cavid Qurbanov nazir vəzifəsinə gətirilir, Ramin Quluzadə yola salınır... - İddia

Ramin Quluzadə vəzifədən alınır, Cavid Qurbanov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri gətirilir...

Yaxın zamanlarda “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilə bilər. Bu barədə “CivilAzerbaijan”a "Azərbaycan Dəmir Yolları” QSC-dəki mənbə məlumat verib. Mənbə bildirib ki, yaxın zamanlarda Azərbaycan Dəmir Yolları” QSC nazirliyə birləşdiriləcək və böyük ehtimalla Cavid Qurbanov nazir təyin ediləcək.
Onun sözlərinə görə, Cavid Qurbanov qohumluq əlaqələrindən istifadə edib nazir postuna gəlmək üçün çalışır və hətta Ramin Quluzadəyə qarşı ciddi kampaniya aparır.

Bildirilir ki, bir müddət öncə nazir Ramin Quluzadənin həyat yoldaşının nazirlikdə dava salması ilə bağlı xəbəri də Qurbanova yaxın şəxslər mediaya ötürüblər və ölkə gündəminə “bomba” kimi düşən xəbər isə nazirin nüfuzunu sarsıdıb. Kifayət qədər ciddi məlumatla bağlı
CivilAzerbaijan.com “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovla əlaqə saxlamağa çalışsa da, bu cəhdlər baş tutmayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin aparatından isə bu barədə rəsmi açıqlama verə bilməyəcəklərini deyiblər.

Şərhlər

XƏBƏR LENTİ