SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanov nazir olacaq - Növbəti struktur dəyişikliyi

Cavid Qurbanov nazir olacaq - Növbəti struktur dəyişikliyi

Tarix:

16-11-2019, 00:57

/ 1 475 dəfə oxundu.
Cavid Qurbanov nazir olacaq - Növbəti struktur dəyişikliyi

Daha bir struktur və kadr dəyişikliyi olacaq.

Bununla bağlı bu saatlarda siyasi dairələrdən məlumat daxil olub. Məlumata görə qarşıdakı günlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu yenilənəcək. Azərbaycan Dəmir Yolları QSC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin də bu nazirliyə birləşdiriləcəyi gözlənilir. Bununla da ölkənin rabitə və nəqliyyat sektoru bir qurumda cəmlənəcək. Nazirliyin yenidən formalaşması ilə Ramin Quluzadə də postunu itirməli olacaq. Nazir kimi 4 ilə yaxın müddətdə rəhbərlik etdiyi sahədə ciddi uğurlara imza ata bilməməsi yuxarı dairələrdə onun etimadı doğrultmaması kimi qəbul olunur.

Yaradılacaq yeni nazirliyə rəhbərliyin isə Azərbaycan Dəmir Yolları QSC-nin hazırkı sədri Cavid Qurbanova həvalə olunacağı bildirilir: Artıq bununla bağlı siyasi qərar var. İki gün əvvəl cənab prezidentin Cavid Qurbanovu qəbul edib, Dəmir Yolları sahəsində müsbət danışması, görülən işləri təqdir etməsi də bu məlumatı stimullaşdıracaq faktor sayıla bilər...

yenixeber.org

Şərhlər

XƏBƏR LENTİ