SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cavid Qurbanov TƏFTİŞ OLUNUR - İLGİNC İDDİA

Cavid Qurbanov TƏFTİŞ OLUNUR - İLGİNC İDDİA

Tarix:

7-04-2021, 11:35

/ 604 dəfə oxundu.
Cavid Qurbanov TƏFTİŞ OLUNUR - İLGİNC İDDİA

"Yaxın günlərdə "Azərbaycan Dəmiryolları"nın rəhbərliyində dəyişiklik olacaq. Artıq qərar verilib və Cavid Qurbanovun sürəsi dolmuş hesab olunur". Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olub.

Xəbəri verən qaynaq iddia edir ki, yetərincə böyük varidat və sərvət toplamağa müvəffəq olmuş Cavid Qurbanov hazırda iqtidar düşərgəsində təmsil olunan tək-tük oliqarx-məmurlardan - köhnə eşalonun yadigarlarından biri hesab olunur.

Mənbənin dia.az-a söylədikləri: "Cavid Qurbanov cəmiyyətdə ən çox qıcıq yaradan məmurlardan biri hesab olunur. Təbii ki, onunla yolları ayırmaq iqtidarın da maraqlarındadır".

Bir başqa mənbə isə iddia edir ki, bu ay eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətinin də təftiş olunacağı planlaşdırılır. Bu isə Cavid Qurbanova ən ali səviyyədə etimadsızlığın olması ilə əlaqələndirilir.

Şərhlər

XƏBƏR LENTİ