SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Tağı Əhmədovdan qalan yeganə metro ticarətini kim qoruyur?

Tağı Əhmədovdan qalan yeganə metro ticarətini kim qoruyur?

Tarix:

4-01-2018, 13:09

/ 2 382 dəfə oxundu.
Tağı Əhmədovdan qalan yeganə metro ticarətini kim qoruyur?

Bakının “yeraltı dünyasına” Tağı Əhmədov hökmranlıq etdiyi illərdə metro keçidlərindəki ticarət xaos yaratmışdı.
Zaur Hüseynov Bakı Metropoliteninə rəis gələr-gəlməz “Saakaşvili reformaları”na başladı və sərnişinlərin ürəyincə olan qərar verdi – bütün keçidlərdə ticarət ləğv olunsun.
“20 Yanvar”ı qoruyan əl

İnsafən, bütün metrostansiyaların giriş-çıxışları genişləndi, basabasa son qoyuldu, keçidlər təmir edildi, “talkuçka” mənzərəsi yox oldu. Lakin…
Lakin Z.Hüseynovun bircə metronun “20 Yanvar” stansiyasının keçidindəki ticarəti ləğv etməyə gücü çatmadı.
AzEuroNews.com-a reportaj hazırlayarkən öyrənirik ki, sən demə, bu stansiyanın keçidində ticarəti “sehrli əllər” qoruyur. Əslində, birinci növbədə qeyd-şərtsiz ləğv edilməli olan “20 Yanvar” metrosunun keçidlərindəki bazar idi.
Çünki şəhərin ən qaynar, tıxaclar olan, sıxlıq, basabas yaşanan strateji nöqtəsidir. Necə ki, “Koroğlu” stansiyasında ticarətin ləğvi alqışa layiq idi.
Məsələn, Qara Qarayev” və yaxud “Gənclik” stansiyalarının keçidlərindəki ticarətin ləğvi “20 Yanvar” qədər vacib deyildi.
Sərnişinlər deyirlər ki, sözügedən keçidlərdə ticarət “20 Yanvar”la müqayisədə bir o qədər sıxlığa səbəb olmurdu. Ancaq hakim elitadan olan yüksək çinli bir şəxs bu metroda ticarətin ləğvinə imkan verməyib.

Ərazi metronun deyil?

Belə görünür ki, Z.Hüseynov bu stansiya keçidlərində ticarətin ləğvinə cəhd edib. Amma qarşısına keçilməz sədd çıxıb və vəziyyətlə hesablaşmalı olub.
Odur ki, bir neçə il qabaq Bakı metrosunun ictimai əlaqələr şöbəsindən verilən açıqlamada “20 Yanvar”dakı keçidlərin metronun ərazisi olmadığı söylənmişdi.
Təbii ki, bu izahat can dərdi bir bəhanəydi. İndi yalnız metronun giriş-çıxış qapısı ilə üzbəüz yer açıq saxlanıb və ticarət yoxdur. Qapıdan çıxıb sağ və sola dönən kimi obyektlərdə alver getdiyini görürsən.
Nəticədə əvvəlki biabırçı mənzərə davam edir. Sərnişinlər bildirirlər ki, bu yer Bakının ən sıxlıq olan ərazisi olduğu üçün ticarət ləğv edilməliydi, həm də stansiyanın adı simvolikdir və 20 Yanvar şəhidlərinə xitab olunub. Bu halda keçidlərdə bazarı, “talkuçka”nı saxlamaq yersizdir.
Satıcılar isə əvvəlki qədər qazanc əldə etməsələr də, bütün stansiyalarda ticarətin ləğvinin onların işinə nisbətən müsbət təsir etdiyini söyləyirlər.
Onlar deyirlər ki, yalnız bu metro keçidində ticarətin ləğv edilməməsinin səbəbini bilmirlər. Ticarətçilərin yer haqlarını hansı quruma ödədiklərini öyrənirik.
Kimisi deyir Bakı şəhər İcra Hakimiyyəti tabeliyindəki Ticarət Departamentinə pul veririk, kimisi də Metropoliten QSC-yə…
Tağı Əhmədovdan qalan yeganə metro ticarətini kim qoruyur?
Tağı Əhmədovdan qalan yeganə metro ticarətini kim qoruyur?
Tağı Əhmədovdan qalan yeganə metro ticarətini kim qoruyur?

Şərhlər

XƏBƏR LENTİ