Tağı Əhmədovdan qalan son ticarət niyə ləğv olunmur?
Metronun keçmiş rəisi Tağı Əhmədovun dövründən qalan yeganə ticarət “20 Yanvar” stansiyasının keçidindədir.
Ən qaynar, ən basabas, ən çox sıxlıq olan stansiyanın keçidində giriş və çıxış qapılarının qabağı istisna olmaqla, bütün keçid köşklərdən ibarətdir.
Bütün metro stansiyaların keçidlərində ticarət ləğv olunub, təkcə adıçəkilən ünvanda şıdırğı alver gedir.
Bakı metrosunun rəisi Zaur Hüseynovun bu stansiyadakı ticarətii niyə ləğv etməməsinin izahı verilmir.
Sadəcə, belə şərh olunub ki, keçid metronun ərazisinə daxil deyil. Necə olur ki, bütün stansiya keçidləri metronun balansına daxildir, “20 Yanvar”ın yox
“Metronun üstündə bütün ətraf geyim mağazalarıdır. İndi hara baxsan “Ucuzluq” univermaqları, “Metro” ticarət mərkəzləri var.
Camaat da alış-veriş üçün oralara üstünlük verir. Metronun keçidində ticarəti saxlamağın mənası nədir?”, – deyə hər gün metrodan istifadə edən sərnişin İdris belə deyir.
Rəyini öyrəndiyimiz Malik adlı sərnişin isə deyir ki, köşklərin ləğv olunması işşsizliyə səbəb olmayacaq:
“Çünki o biri ticarətçilər kimi, onlara da yer veriləcək, ticarət mərkəzlərində yer götürəcəklər. Bu boyda ərazini zəbt ediblər, nə keçmək olar, nə hərəkət eləmək.
Elə birinci növbədə bu stansiyada ticarət ləğv olunmalıydı. Yayda istidən nəfəs almaq olmur, qışda basabasdan. Hələ tən ortada biri stul qoyub kontur satır”.
Ticarətçilərdən bəziləri ilə də söhbətləşmişik. Onlar alıcılıq sarıdan biraz korluq çəkirlər.
Çünki əvvəlki qədər tələbat yoxdur. Eyni qiymətə şəhərin əksər ticarət mərkəzlərində bu malları tapmaq olar. Amma onlar yerlərindən tərpənmək istəmirlər.
Tacirlərdən aylıq yer haqqını kimə ödədiklərini öyrənmək istəsək də, bu sualdan yayınırlar, cavab verməkdən boyun qaçırırdılar.
Lakin bəzi məlumatlara görə, metrodakı ticarətin arxasında yüksək ranqlı biri dayanıb. Onun yuxarı eşelonda söz sahiblərindən biri olmasına görə metrodakı ticarəti ləğv edə bilməyiblər.
AzEuroNews.com


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...