XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Tağı Əhmədovun evlər yıxdığı, 5 ildir çəpərlənmiş “Papanin”dən – Reportaj

Tağı Əhmədovun evlər yıxdığı, 5 ildir çəpərlənmiş “Papanin”dən – Reportaj

Tağı Əhmədovun evlər yıxdığı, 5 ildir çəpərlənmiş “Papanin”dən – Reportaj
20-01-2018, 17:07

Bakının Ceyhun Səlimov küçəsində böyük massiv çəpərlənmiş yerlərdən biridir. Şəhər sakinləri hər addımbaşı çəpərlənmiş ərazilər görməyə vərdiş ediblər.

5 illik mühasirə

Beş ildir ki, hasarlanmış “Papanin”adlanan ərazi bu günə kimi mühasirədən qurtulmayıb. Reportaj hazırlayarkən ərazinin hələ də mühasirədə qalmasının şahidi olmuşuq.
Tikinti-quraşdırma işləri ilə bağlı lazım olan texnika və avadanlıqlar qurulub, metro stansiyasının tikiləcəyi ərazi hasarlanıb. Ərazidə kommunikasiya xətləri ilə bağlı işlər görülüb.
Həmçinin hazırda həmin ərazidə stansiyanın tikintisi ilə bağlı hazırlanmış planın əhatə dairəsinə düşmüş fərdi evlər köçürülüb. Amma Bakı metrosunun rəisi Tağı Əhmədov vəzifədən gedib, bu posta yenisi təyin olunub.
Gəl ki, “Avtovağzal” stansiyası ilə eyni vaxtda tikintisi başlanmış “Papanin” sadəcə mühasirədə saxlanıb. Ona görə də sakinlər beş ildir ki, bu yoldan rahat gəlib-gedə bilmirlər.
Hazırda hərbi hospitalın qabağındakı massiv 5 ildir dəmir hasarla əhatələnib və açılmır. Həm hospitala gedənlər, həm bu yoldan keçənlər beş ildir ki, zülm çəkirlər. Çünki üzbəüz gələn adamlar bir-birinə yol verməlidirlər.

► 2016-da yekunlaşmalıydı…

Şərti adı «B3» olan stansiya 2018-ci ildən tez istifadəyə verilməyəcək. Bakı Metropoliteni 25 ədəd yeni eskalator almağı nəzərdə tutur.
Onların 17-si tikilməkdə olan və şərti «B3» adı verilən stansiyanın çıxışlarında quraşdırılacaq.
Qalan 8 eskalatorsa «Xətai» və «Sahil» stansiyalarında mövcud olanların yenilənməsində istifadə ediləcək.
Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində, Mərkəzi Hərbi Hospitalla üzbəüz yerləşən yeni metro stansiyasının tikintisi 2016-da yekunlaşdırılmalıydı.
Metropilitenin rəhbəri Zaur Hüseynov mediaya müsahibəsində stansiyanın 2016-cı ildə açılacağını bənövşəyi xətt üzərində tikilən növbəti «B4» şərti adlı stansiyanın (Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında) 2017-ci ildə istifadəyə veriləcəyini bildirmişdi.

AzEuroNews.com
Tağı Əhmədovun evlər yıxdığı, 5 ildir çəpərlənmiş “Papanin”dən – Reportaj
Tağı Əhmədovun evlər yıxdığı, 5 ildir çəpərlənmiş “Papanin”dən – Reportaj
Tağı Əhmədovun evlər yıxdığı, 5 ildir çəpərlənmiş “Papanin”dən – Reportaj
Tağı Əhmədovun evlər yıxdığı, 5 ildir çəpərlənmiş “Papanin”dən – Reportaj
Tağı Əhmədovun evlər yıxdığı, 5 ildir çəpərlənmiş “Papanin”dən – Reportaj

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.