XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Nömrələr özəl, siqnallar gözəl, “miqalka”lar da gedər - 009 və 777 - VİDEO

Nömrələr özəl, siqnallar gözəl, “miqalka”lar da gedər - 009 və 777 - VİDEO

Nömrələr özəl, siqnallar gözəl, “miqalka”lar da gedər - 009 və 777 - VİDEO
27-11-2017, 10:05

Bakıda “Audi” və “Galenvagen”ə sayrışan işıqlar və “fi-fa” siqnal qoydular
Azərbaycanda avtomobillərdə sayrışan işıqlardan və çoxavazlı səs siqnallarından istifadə etmək yalnız operativ nəqliyyat vasitələrini üçün nəzərdə tutulur. Lakin bəzən bu qaydaları heçə sayıb “miqalka” və “fi-fa” siqnala 10 min manata qədər pul xərcləyən sürücülər də olur. Elə Avtosfer.az-ın təqdim etdiyi bu videodakı avtomobillər də həmin sürücülər tərəfindən qanunsuz avadanlıqlarla təchiz edilib. Sosial şəbəkələrdə yayılan videodan da aydın olur ki, 10 VH 009 dövlət nömrə nişanlı, “Audi” markalı avtomobilin üzərində sayrışan işıqlar var. Eyni zamanda, “fi-fa” siqnalın da səsi eşidilir.
Digər videoda isə “Mercedes Galendewagen” markalı, 99 HD 777 dövlət nömrə nişanlı avtomobilin üzərində sayrışan işıq quraşdırıldığı əksini tapıb. Hər iki avtomobildəki işıq və səs siqnalları heç də ucuz mala oxşamır və kifayət qədər baha qiymətə satılır.
Bu avadanlıqlardan istifadəyə görə sürücüləri ən azı min manat cərimə gözləyir. Üstəlik, həmin avadanlıqlar da sökülərək müsadirə olunur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.