DYP sürücülərə müraciət etdi: Hər kəs izləsin! - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi sayrışan işıqlarla bağlı fiziki və hüquqi şəxslərə müraciət edib. Avtomobillərini belə işıqlarla icazəsiz təchiz edən sürücülər qanunu pozmaqla yanaşı, avtomobil yollarında təhlükəli vəziyyət yaradırlar. Bəs belə şəxsləri hansı cəza gözləyir?
Avtomobillərinə sayrışan işıqları icazəsiz quraşdıran sürücülərə xəbərdarlıq edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Namidan Piriyev "Xəzər Xəbər"ə bildirib ki, son vaxtlar avtomobil yollarında hərəkətdə olarkən qabaq hissəsində göy və ya qırmızı rəngli sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinə tez-tez rast gəlinir. Şöbə rəisi qeyd edib ki, sürücülər qanunu pozmaqla yanaşı, digər hərəkət iştirakçılarına da mane olurlar.
Müvafiq orqanın icazəsi olmadan sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Şöbə rəisi əlavə edib ki, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilir. Məsələyə hüquqi qiymət verilməsi üçün məhkəmə orqanlarına müraciət olunur və cərimənin tətbiqi isə məhkəmənin verdiyi qərara uyğun şəkildə müəyyən edilir. Baş dövlət yol polisi hüquqi və fiziki şəxsləri bu kimi hallara yol verməməyə çağırır. Əks təqdirdə belə qanun pozuntularına yol verən şəxslər barəsində göstərilən inzibati tənbeh tədbirləri tətbiq ediləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...