DYP avtomobili kobud şəkildə qaydanı pozur - VİDEO
Bakı-Ələt yolunun 14-cü kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ postuna aid 99-YP-842 qeydiyyat nişanlı patrul avtomobili yolun hərəkət hissəsində qalıb və sürücülərə təhlükə yaradıb.
Məlumata görə, DYP əməkdaşları avtomobildə radar qurmaq məqsədilə yolun sol kənar zolağında park edərək digər nəqliyyat vasitələrinə maneə yaradıblar. Sürücülər yolun həmin hissəsində, demək olar ki, hər gün eyni mənzərə ilə qarşılaşır.
Videodan da aydın görünür ki, həmin patrul avtomobilinin nə sayrışan işığı yanır, nə də ki xüsusi səs siqnalı qoşulub. Belə olan halda isə qanunvericiliyin tələbi kobud şəkildə pozulur.
Qanunda qeyd olunub ki, xidməti vəzifəsini yerinə yetirən zaman qanunun tələblərindən kənara çıxma zərurəti yarandıqda, patrulun avtomobilində həm sayrışan işıq siqnalı, həm də xüsusi səs siqnalı qoşulu vəziyyətdə olmalıdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...