SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Kapital Bank" ancaq narazılıq yaratmaqdadır... - GİLEY

"Kapital Bank" ancaq narazılıq yaratmaqdadır... - GİLEY

Tarix:

11-12-2020, 12:59

/ 1 072 dəfə oxundu.
"Kapital Bank" ancaq narazılıq yaratmaqdadır... - GİLEY

- "Şikayətim "Kapital Bank"dandır. Bir neçə ay öncə anamın başına belə bir hadisə gəldi. "Kapital Bank" hələ də pulu geri qaytarmayıb, nə də məktuba cavab vermir". DİA.AZ bildirir ki, bu barədə İlahə Quliyeva adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşım edib.

Daha sonra narazı vətəndaş yazır: "13.12. 2019-cu il tarixində saat 09.29-da Xırdalan şəhərində yerləşən “Kapital Bank” ASC-nin filialında bankomatdan təqaüd pulumu almaq üçün 2 dəfə əməliyyat etdim. 3-cü dəfə əməliyyat etdikdə isə ekranda imtina: “əməliyyatın məbləği limitini aşmışdır” sözü yazıldı və kart qaytarıldı. Mən də növbə olduğuna görə kartı götürdüm. Sonra Xəzri pul köçürmədən mənə pul göndərilmişdi, dəfələırlə əməliyyat etdim alınmadı. Müraciət etdim kassadan pulumu aldım. Özləri yazdılar ki, bankomatda problem var. Bir neçə dəqiqədən sonra mənə mesaj gəldi ki. kartdan 300 azn pul çıxılıb. Tez “196” qaynaq xəttə zəng etdim . Bir həftəyə mənə cavab verəcəklərini dedilər. Həftə tamamında yenidən zəng etdim və mənə görüntüləri əldə etmək üçün Polis şöbəsinə müraciət etməyimi bildirdilər. 26.12.2019-cu il tarixində Abşeron rayon polis şöbəsinə ərizə ilə müraciət etdim.
18.01.2020-ci il tarixdə Abşeron rayon Polis şöbəsi ərizəmə cavab olaraq bildirdi ki, mən pulu götürməmişəm. mənə dəymiş ziyanın ödənilməsi üçün “Kapital Bank” ASC-nə müraciət etməliyəm.
Nəsimi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Dedilər rüsum ödəməlisən. Rüsumu ödəyəndən sonra deyirlər ki, Kapital Bankın cavab məktubunu gətir. Kapital Bank da mənim nə məktublarıma, nə də zənglərə cavab vermir.
Ümid edirəm aidiyyatlı şöbə bir münasibət göstərər".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
"Kapital Bank" ancaq narazılıq yaratmaqdadır... - GİLEY

Şərhlər

XƏBƏR LENTİ