SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Dərdimizi JEK-ə deyək, yoxsa kimə deyək?" - "Kapital Bank"dan GİLEY

"Dərdimizi JEK-ə deyək, yoxsa kimə deyək?" - "Kapital Bank"dan GİLEY

Tarix:

7-06-2021, 11:07

/ 674 dəfə oxundu.
"Dərdimizi JEK-ə deyək, yoxsa kimə deyək?" - "Kapital Bank"dan GİLEY

Şikayətim "Kapital Bank" dandır. Deməli 17 apreldən etibarən mil kartlarımda mil hesablanması dayanıb. 5 may tarixində 196 qaynar xəttə şikayət etmişəm(müraciət kodu 1571528). Şikayətimi qeydə alıb bildiriblər ki, 10 iş günü ərzində sizinlə əlaqə saxlanılacaq". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" qrupunda Emil Məmmədzadə adlı istifadəçi paylaşım edib.

Narazı vətəndaş saha sonra yazır: "Tam 10 gün sonra 1 nəfər əlaqə saxlayıb eyni şikayət edərkən cavablandırdığım sualları təkrar mənə verdi və sağollaşdı(düşünürəm heç söhbətin nədən getdiyini anlamadı). Yenə 10 gün sonra özüm əlaqə saxladım ki, ay yoldaşlar bəs mənim problemim nə yerdə qaldı? Operator dedi burda qeyd edirəm ki, siz bizimlə əlaqə saxlamısınız və tezliklə sizinlə əlaqə saxlanılacaq, amma hələ də xəbər yoxdur.
Hörmətli Kapital Bank, əgər bu problem sizlik deyilsə, dərdimizi JEK-ə deyək, yoxsa kimə deyək? 1 ay ərzində 1 problemi həll edə bilmirsiniz".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ