"Kapital Bank" müştərisinə necə əngəl olur - GİLEY
"Şikayətim Kapital Bank-dandır. 1 ay bundan öncə Kontakt Home-dan BirKart-la telefon almışam və ödənişin aylara bölündüyü bildirilib. Lakin 1 aydan artıq vaxt keçməyinə baxmayaraq 650 AZN məbləğ hələ də aylara bölünməyib". DİA.AZ bildirir ki, bu barədə Cavid Məsimli adlı şikayətçi yazır.
Daha sonra narazıl vətəndaş bildirir: "Bununla bağlı 13 Noyabr tarixində Kapital Bank-ın çağrı mərkəzinə məlumat vermişəm, mənə müraciət kodu açılıb və qəbzləri elektron poçt ünvanlarına göndərmişəm. Mənə 5 iş günü ərzində bu məsələnin həll olunacağı bildirilsə də 17 gündür bu məsələ həll olunmur. Bildiyiniz kimi, taksit borcu hesablanmadığı üçün də həmin borcun üzərinə gündəlik faiz gəlir və artıq 20 manatdan artıq faiz borcu hesablanmışdır. Maraqlıdır, heç bir qəbahətim olmadığı halda durmadan artam bu faizi mən niyə ödəməliyəm? Və bu məsələ necə həll olunacaq? Nə də çağrı mərkəzi mənə başqa həll yolu təklif etmir ki, özüm harasa yaxınlaşıb həll edim bu məsələni".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...