XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » DSMF hələ də qanunları tapdalayır... - GİLEY

DSMF hələ də qanunları tapdalayır... - GİLEY

DSMF hələ də qanunları tapdalayır... - GİLEY
18-11-2020, 12:43

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanındakı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi “sosial mənimsəmə nazirliyi”nə , fondun özünü isə “sosial mənimsəmə fondu”na çevirib. 3-cü aydır Suraxanı rayon sakinləri, güzəştli şərtlərlə pensiyaçılar Nəzərov Yaşar Əliş oğlunun və məcburi köçkün Səmədov Tofiq Yolçu oğlunun pensiyaları köçürülmür". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyiklir.

Məqalədə daha sonra bildirilir: "Hər iki pensiyaçının pensiyası 4 il qabaq hər üç instansiya məhkəməsi tərəfindən təsbit olunub . Bu isə o deməkdir ki, hətta borclu ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsi yeni açılmış hallar üzrə də işə yenidən baxılmasına nail ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və İnzibati Prosessual Məcəlləsinin tələblərinə görə, yeni açılmış hallar üzrə verilən ərizələrə 3 il keçəndən sonra baxılmır! Belədə pensiya təminatına cavabdeh olan qurumun nəyə ümid etdikləri müəmmalıdır. İstənilən halda, vətəndaşın pensiyasının verilməsinin özbaşına dayandırılması ciddi qanun və hüquq pozuntusudur , dövlətin və onun başçısının sosial-iqtisadi siyasətini sabotaj etməkdir. 3-cü aydır pensiyaçılara ödəniş edilmirsə, bu özbaşınalıq deyil, bəs nədir? Sosial Müdafiə Nazirliyi pensiyaçıları 3 aydır ac saxlamaqla məsuliyyət daşıdığını hələ də anlamır? Nazir Sahil Babayev ali dövlət hakimiyyəti orqanlarından 3 aydır daxil olan sosial mənimsəmə özbaşınalığına baxb son qoya bilmir?

Bir daha təkrar edirik, vətəndaşın pensiyasının verilməsinin məhkəmə qərarı olmadan dayandırılması özbaşınalıqdır. Heç bir məhkəmə isə 3 il keçəndən sonra məhkəmə qərarı ilə müəyyən edilmiş pensiyanın verilməsini dayandıra bilməz! Və lap məhkəmə qaydasında pensiyanın tam kəsilməsi baş verə bilməz! Hələ də ƏƏSMN rəhbərliyi sosial təminat hüququna qadağa qoymaqda davam edir. Nə vaxtadək?"

Qarşı tərəfi də dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.