SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sahil Babayevin müavini məhkəmə qərarının qanuniliyini yoxlayır?! - ABSURD!!!

Sahil Babayevin müavini məhkəmə qərarının qanuniliyini yoxlayır?! - ABSURD!!!

Tarix:

4-12-2020, 13:11

/ 1 352 dəfə oxundu.
Sahil Babayevin müavini məhkəmə qərarının qanuniliyini yoxlayır?! - ABSURD!!!

"Mətbuatda Cəbrayıl rayonunun Hovuslu kəndindən məcburi köçkün, 5-ci ildir məhkəmə qərarı ilə güzəştli şərtlərlə pensiya təyin olunmuş Sadıqov Tofiq Yolçu oğlunun Müdafiə Nazirliyi tərəfindən doğma kəndinin işğaldan azad edilməsi ilə Sosial Müdafiə Nazirliyinin pensiyasını “işğal etməsi”ndən yazılıb. Gözləmək olardı ki, ƏƏSMN məcburi köçkünə qarşı “işğalçılıq siyasəti”nə son qoymaqla, digər məhkəmə qərarları ilə pensiyalarını ödəməyə borclu olduğu pensiyaçıları da QƏLƏBƏ GÜNÜ münasibətilə sevindirər. Təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı, əksinə, ƏƏSMN rəhbərliyi rəsmi məktubla ÖLKƏDƏ ƏN YÜKSƏK VƏ BİRBAŞA HÜQUQİ QÜVVƏYƏ MALİK OLAN QANUNUN KONSTİTUSİYA DEYİL, ƏƏSMN rəhbərliyinin olduğunu ortaya qoymuş oldu". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Bir daha xatırladaq ki, 1959-cu il doğumlu Sadıqov Tofiq Yolçu oğlunun güzəştli şərtlərlə pensiyası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hazırda Bakı İnzibati Məhkəməsi ) hakimi Hökumə Babayevanın 2-1 (82)-2387/16 saylı 16.06.2016 tarixli qərarı ilə təsbit olunub; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (sədrlik edən Mirzə Tağızadə, hakimlər Sərvət Hüseynov və Kəmalə Abıyeva ) 2-1 (103)-2039/16 saylı 12.10.2016 tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır . Cavabdeh ƏƏSMN yanında DSMF-in verdiyi şikayəti geri götürməsi ilə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası (sədrlik edən Zakir Quliyev, hakimlər Sevda Hüseynova və Xəqani Məmmədov ) 21.12.2016 tarixli 2-1 (102)-2263/16 saylı qərardadla kassasiya şikayətinin icraatına xitam verib. Yəni, 4 ildir vətəndaşa güzəştli şərtlərlə pensiya ödənilməsi öhdəliyi borclu ƏƏSMN yanında DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulub. Borclu 4 ildən sonra pensiyanın ödənilməsini xəbərdarlıq etmədən dayandırıb və artıq 3-cü aydır ki, borcunu ödəməkdən imtina edir. Ali dövlət hakimiyyəti orqanlarından, Hesablama Palatasından ƏƏSMN -ə ünvanlanan müraciətlərə cavab olaraq ƏƏSMN müavini Anar Kərimov 25.11.2020 tarixli məktubla bildirib ki, “Əmək pensiyaları haqqında” qanunun 37.8.3 maddəsinə əsasən pensiya təyin edən orqanın BU QANUNLA MÜƏYYƏN EDİLƏN ƏMƏK PENSİYASI VƏ ƏMƏK PENSİYASINA ƏLAVƏLƏRiN VERİLMƏSİ ŞƏRTLƏRİNƏ UYĞUN OLMAYAN HALLAR YARANDIQDA TƏYİN EDİLƏN PENSİYANI DAYANDIRMAQ HÜQUQU VARDIR. BU BAXIMDAN , AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ VƏ ONUN TABELİYİNDƏ OLAN DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU TƏRƏFİNDƏN MÜTƏMADİ OLARAQ PENSİYA TƏMİNATI SİSTEMİNDƏ MÜXTƏLİF RİSK QRUPLARI VƏ PARAMETRLƏRİ ÜZRƏ ARAŞDIRMALAR APARILARAQ ANALOJİ HALLAR VƏ YA ŞÜBHƏLƏR YARANDIQDA ƏMƏK PENSİYALARININ ÖDƏNİŞİ DAYANDIRILIR. Özbaşınalığa baxın, məhkəmə qərarını bir yana qoyaq, hansı ANALOJİ HALLAR VƏ YA ŞÜBHƏLƏR İLƏ VƏTƏNDAŞLARIN PENSİYALARI DAYANDIRILA BİLƏR? BELƏ SOSİAL SİYASƏT OLAR? ƏƏSMN VƏ TABELİYİNDƏ OLAN DSMF HANSI HALLAR MÜƏYYƏN EDİB Kİ, ŞÜBHƏLƏR İLƏ PENSİYANI DAYANDIRIB? Şübhə ilə pensiyanın dayandırması qanunda nəzərdə tutulmayıb və ümumiyyətlə, heç bir HAL və ya ŞÜBHƏ pensiyanı dayandırmağa əsas vermir.

Bu hələ harasıdır, görün nazir müavini ƏƏSMN-in Konstitusiyadan üstün olmasını necə “əsaslandırır” : “BU ÇƏRÇİVƏDƏ sizə GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ YAŞA GÖRƏ ƏMƏK PENSİYASI TƏYİNATI APARILARKƏN NƏZƏRƏ ALINMIŞ XÜSUSATLAR da PENSİYA TƏMİNATI SAHƏSİNDƏ MÜVAFİQ QANUNVERİCİLİYİN ŞƏRTLƏRİ DAXİLİNDƏ HÜQUQİ MÜSTƏVİDƏ ARAŞDIRILIR “. “Erməni budaq cümlələri” ilə ƏƏSMN rəsmisinin “ÇƏRÇİVƏ XÜSUSATLARINI ARAŞDIRMALARI ŞƏRTLƏRİNDƏN” nəinki Hesablama Palatasının auditoru , heç qanunverici orqanın özü də bir şey anlaya bilməz. Onda qala, 3-cü aydır acından barmağını soran biçarə məcburi köçkün pensiyaçı ola. ƏƏSMN bu cavabla dövlətin adından çıxarılan məhkəmə qərarının qanuniliyini yoxlamaq səlahiyyətinə malik olduğunu da bildirib : “ ƏGƏR PENSİYA TƏYİNATI ZAMANI HƏR HANSI QANUN POZUNTUSU FAKTI AŞKARLANMAZSA, GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ YAŞA GÖRƏ ƏMƏK PENSİYASININ ÖDƏNİLMƏSİ BƏRPA EDİLƏCƏK “

ƏƏSMN müavini açıq-aşkar məhkəmə qərarının qanuniliyini yoxlamağa girişdiyini ortaya qoyur. Görün, ölkədə məhkəmə-hüquq sistemi nə gündədir ki, məhkəmə qərarı ilə 4 ildir borclu edilən ƏƏSMN -in adi bir məmuru dövlətin adından çıxarılan məhkəmə qərarının qanuniliyini yoxlayır! (?) Və nazir müavini utanıb-qızarmadan rəsmi məktubla borclu icra hakimiyyəti orqanı olaraq məhkəmə hakimiyyətinin qərarını 4 ildən sonra təftiş etmək səlahiyyətlərinin olduğunu bildirir! (?) Buna deyərlər, SİÇANIN ONU CAYNAĞINA KEÇİRƏN PİŞİKDƏN PASPORT TƏLƏB ETMƏSİ!

ƏƏSM naziri Sahil Babayev, görəsən, Konstitusiyaya meydan oxumaqla nəyə nail olmaq istəyir ? Yoxsa, ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Qanunun elə özü olduğunu düşünür? Belədirsə , əhalinin sosial müdafiəsinin hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil. Borclunun tələbkardan borc tələb edərək 3-cü aydır ac saxlamasına beynəlxalq hüquq doktoru (??) Sahil Babayev necə haqq qazandıran bilər?"

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ