XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İradə Gülmmədovanın qardaşının macəraları: bu dəfə məscidin yanında şərab evi açdı – Fotofakt!

İradə Gülmmədovanın qardaşının macəraları: bu dəfə məscidin yanında şərab evi açdı – Fotofakt!

İradə Gülmmədovanın qardaşının macəraları: bu dəfə məscidin yanında şərab evi açdı – Fotofakt!
22-07-2020, 14:20

Son vaxtlar Abşeron rayonunda baş verən qanunsuzluqlar haqda mətbuatda ardıcıl yazılar dərc olunur. Əslində bu rayonda baş verənlər digər rayonlardan fərqlənmir. Amma bəzi məlumatlarda yer alan bir məqam ölkənin yeganə xanım icra başçısı İradə Gülməmmədovanı digər həmkarlarından fərqləndirir. Bu da xanım başçının qardaşının adının dəfələrlə bir çox qalmaqallarda adının hallanmasıdır. Yenə də Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın qardaşı ilə bağlı ilginc məlumat daxil olub.

Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, icra başçısının Rövşən adlı qardaşı Novxanıdakı “Həmzə” məscidinin yanında şərab evi açıb.

İ.Gülməmmədovanın qardaşının məscid həyətinə bitişik şərab evi açması kənd sakinlərinin ciddi narazılığına səbəb olub. Vətəndaşlar hesab edir ki, məscidə bitişik şərab evinin fəaliyyəti sadəcə dini dəyərlərə deyil, həm də adi əxlaqi-mənəvi dəyələrə ziddir və həmin şərab evi öz fəaliyyətini dayandırmalıdır. İ.Gülməmmədovanın Rövşən adlı qardaşının digər əməlləri ilə bağlı bağlı mediada yer alan və rəsmən təkzib olunmayan bəzi məlumatları diqqətinizə çatdırırıq.

İcra başçısının qardaşı Rövşən Quliyev kimdir?

İlk olaraq onu bildirək ki, İ.Gülməmmədovanın qardaşı Rövşın Quliyev özü Qarabağ döyüşlərinin iştirakçısı, qazidir. O, Şəhid, Əlil və Veteranlar Birliyinin təsisçisidir. Bundan başqa, Qarabağ döyüşçüləri – veteran və əlillərin, hərbiçilərin iştirak edə biləcəyi amputant futbol komandası yaradıb. Müxəlif yarışlarda iştirak edirlər. Bu yarışın keçirildiyi ünvan da Abşeron rayonunda yerləşən Olimpiya İdman Kompleksidir. Eyni zamanda cumhuriyyet.az R.Quliyevin iş adamı olmasını göstərən bəzi məlumatlar da əldə edib. Məsələn 2005-ci ildə təziz olunan “İRS Mobil” çirkəti ona məxsusdur. Rövşən Quliyevin adının keçdiyi ikinci müəssisə isə “Nigar-Q.S” MMC-dir (VÖEN: 1901059821). Rövşən Quliyevin iki qızından birinin adı da Nigardır. Onun həyat yoldaşı Quliyeva Aynurə, qızı Quluzadə Nigar və oğlu Quliyev Raufa qarşı məhkəmə çəkişməsi var. Məhkəmə qərarı onların xeyrinədir. 2010-cu ildə qeydiyyata alınan “Nigar-Q.S” MMC-nin hüquqi nümayəndəsi Rövşən Quliyev, təsisçisi isə Akif Quliyevdir.

Bacısı ilə əlbir olub vətəndaşları aldatdı və…

Amma icra başçısının qardaşı yalnız futbol klubu və iş adamı kimi gündəmə gəlməyib. Zaman-zaman Abşeron sakinləri R.Quliyevin öz mənafeyi naminə vətəndaşların hüquqlarını pozması ilə bağlı şikayətçi olublar. Yerli mediada səslənən belə faktlardan biri ilə bağlı xatırladaq ki, Xırdalan şəhərinin 27 və 28-ci məhəllələrində sakinlərə məxsus qarajlar sökülərkən onlara heç bir kompensasiya ödənilməyib. Həmin vaxt müxtəlif dövlət orqanlarına şikayətlər etsələr də, heç bir nəticəsi olmayıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ərazini Prezidentin tapşırığı ilə boşaltdığını bildirib, deyib ki, sökülən qarajların yerində sakinlərin istirahət etməsi üçün kiçik parklar, yaşıllıqlar salınacaq. Bundan sonra qarajı sökülən sakinlər sakitləşiblər və şikayətlərini dayandırıblar. Lakin bir qədər sonra ərazidə park, yaşıllıq salmaq əvəzinə oranı müxtəlif şəxslərə satmağa, fərdi evlər və obyektlər tikməyə başlayıblar.

Bu işlərə isə, bir başqası yox, elə icra başçısı İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyev rəhbərlik edib. Qarajların bəzilərinin yerində evlər, bəzilərinin yerində isə iaşə obyektləri inşa olunaraq icarəyə verilib, bu zaman isə xeyli sayda ağac məhv olunub.

Xanım başçının qardaşı yolu bağlayıb “navastroyka” tikdirir?

İcra başçısının qardaşı Rövşən Quliyevin adı hallanan son qalmaqal isə daha ilgincdir. Belə ki, cumhuriyyet.az ölkə mediasında yer alan məlumatlara istinadən bildirir ki, R.Quliyev Xirdalan qəsəbəsi H.Əliyev küçəsindən ayrılan dalanı M.Ə.Rəsulzadə küçəsi ilə birləşdirən yolun düz ortasında yeni “novostroyka” tikdirir. Bu tikinti nəticəsində isə yolu bağlayaraq, ancaq insanların keçməyi üçün balaca cığır qoyublar. Heç kimdə danışa bilməz, çünki tikinti başçının qardaşı Rövşən Quliyevin himayə və şərikliyindədir. Qalmaqallı bunaya da Xırdalanda “icranın binası” deyirlər. Ətarafında dövlət müəsisələri var, bir tərəfində demək olar ki, bitişik 2 mərtəbə bina o biri tərəfində isə Veteran və qazi təşkilatlarının yerləşdiyi 1 mərtəbəli evlər çıxışdırılıb. Bu bina isə heç bir təhlükəsizlik qaydalarına riayət edilmədən tikilir.

Ərazidə yaşayan bir sakinin dediklərini olduğu kimi diqqətinizə çatdırırıq: “Bu yolun hələ adı yoxdur, “Vedili” kafesindən düz gedsən aşağıda 3 “novostroyka” var və dalan qurtarır. Burdan isə sağa dönüb çıxırdın Rəsulzadə küçəsinə. Çıxırdın, indi çıxa bilməzsən, çünki düz yolun ortasında bina tikirlər. Bütün qanunlara tüpürərək. Heç kimdədə qorxmurlar, heç kimidə saya salmırlar. Biz öz həyətimizdə 1 daş qoysaq o dəqiqə başımızın üstünü kəsdirirlər, amma özləri dövlətin torağında yerləşən xalqın yolunu kəsib bina tikirlər heç “uf” da demirlər. Bütün bu tikinti qanunsuzluqlarına başçının qardaşı Rövşən rəhbərlik edir!Bir iki dəfə gəlib bura, deyilənə görə ya özü tikir yada şərikdir.. Belədə bu boyda qanunsuzluq onların barmağı olmasa ola da bilməz axı...
İradə Gülmmədovanın qardaşının macəraları: bu dəfə məscidin yanında şərab evi açdı – Fotofakt!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.