XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » İradə Gülməmmədova oliqarxa çevrilib – Həyat yoldaşının adına olan şirkətlərin siyahısı yayıldı

İradə Gülməmmədova oliqarxa çevrilib – Həyat yoldaşının adına olan şirkətlərin siyahısı yayıldı

İradə Gülməmmədova oliqarxa çevrilib – Həyat yoldaşının adına olan şirkətlərin siyahısı yayıldı
8-04-2021, 11:17

Abşeron rayonunun icra başçısı İradə Gülməmmədovanın həyat yoldaşı Yolçu Gülməmmədovun adına olan şirkətlərin siyahısı yayılıb. REPORTYOR.info xəbər verir ki, siyahı Yolçu Gülməmmədovun oliqarxların sərvəti ilə müqayisə olunacaq varidata sahib olması qənaətini yaradır.
Həmin şirkətləri təqdim edirik:
1) “Vimay” Tibb Mərkəzi
2) “Vimay-Med” klinikası
3) Af-Gen Klinikası
4) Bioloji Təbabət Klinikası
5) “Repose Travel” turizm şirkəti
6) “Nabat” firması təbabət şirkəti
7) “Herbimed” MMC tibb şirkəti
8) “Atash-farm” MMC dərman şirkəti
9) “Harunfarm” MMC dərman şirkəti
10) “İmpuls-M.V.” şirkəti – apteklər şəbəkəsi
11) “İRS Mobil” Mobil telefon alqı-satqı şəbəkəsi
12) “Nigər-Q.S” şirkəti
13) “Bioflora-M.V.” şirkəti
14) “Enerqorenovasiya” MMC şirkəti
15) “Fidanfarma” MMC şirkəti
16) “Planeta” apteklər şəbəkəsi
17) “Bioloji Tənzimləyici Təbabət Mərkəzi” MMC şirkəti
18) Rusiyada “Nabat Med” və “Mirpromtorq” MMC şirkətləri.
İradə Gülməmmədova 2015-ci ildən Abşeron Rayon İcra hakimiyyətinin başçısıdır. Bundan əvvəl, o, Abşeronun icra başçısının birinci müavini vəzifəsində çalışıb.
İradə Gülməmmədova icra başçısı təyind edildikdən sonra Abşeronda tikinti bumu başlayıb. İddia olunur ki, rayonda tikinti işlərinin vüsət alması İradə Gülməmmədovanın biznes maraqlarından irəli gəlir. Onunla bağlı mediada çoxsaylı tənqidi materiallar dərc edilib. Yerli icra hakimiyyətlərində həbslər başlayanda İradə Gülməmmədovanın da dəmir barmaqlıqlar arasına salınacağı deyilirdi. Amma gözləntilər özünü hələ ki, doğrultmayıb.

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.