İradə Gülməmmədovanın Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbulu keçirildi
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Pirəkəşkül kəndində sakinlərlə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, eləcə də xidmət təşkilatlarının rəhbərləri və KİV nümayəndələri iştirak edib.
Görüşdən əvvəl Pirəkəşkül kənd orta məktəbin ərazisində şəhid Elçin Süleymanovun xatirəsinə ucaldılan abidəsi önünə tər çiçəklər düzülüb, Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeron RİH başçısı İ.Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun məqsədinin ortaya çıxan problemlərlə yerlərdə tanış olmaq, araşdırmaq və həlli istiqamətində addımlar atmaq olduğunu bildirib. Səyyar qəbulların bundan sonra da davam edəcəyini vurğulayan başçı daha sonar Abşeronda həyata keçirilən quruculuq-abadlıq işlərindən danışıb. Rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərim davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini ilə bağlı mühüm addımların atıldığını bildirib.
Daha sonra kənd sakinləri kəndin su probleminin həll olunmasında göstərdiyi köməkliyə görə icra başçısı İ.Gülməmmədovaya təşəkkürünü bildirərərk qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin əhəmiyyətini vurğulayıblar. Sakinlər əsasən mənzillərə verilən elektrik enerjisinin gücünün artırılmasına, yeni salınan məhəllələrdə daxili yolların abadlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.




İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa olunur