SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Keçmiş dairə sədri koronavirusa yoluxdu

Keçmiş dairə sədri koronavirusa yoluxdu

Tarix:

25-06-2020, 14:34

/ 1 082 dəfə oxundu.
Keçmiş dairə sədri koronavirusa yoluxdu

Sonuncu parlament seçkilərində Ümid Partiyasının sədri İqbal Ağazadə ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun mübarizə apardığı 35 saylı dairənin keçmiş sədri İmran Hüseynəliyev koronavirusa yoluxub...
Yenisabah.az xəbər verir ki, sabiq DSK sədri hazırda paytaxtdakı xəstəxanaların birində müalicə olunur.

Qeyd edək ki, İmran Hüseynəliyev sabiq polis rəisidir. Daxili işlər orqanlarından təqaüdə çıxandan sonra 35 saylı DSK-nin sədri olub.

Parlament seçkilərində İqbal Ağazadə ilə Rauf Arifoğlu arasında qarşıdurma gücləndiyi üçün səhhətində problemlərin yarandığını əsas gətirərək, bu il yanvarın 27-də vəzifəsindən istefa vermişdi.

Şərhlər

XƏBƏR LENTİ