SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » MSK Rauf Arifoğlunun nəticələrini də ləğv etdi

MSK Rauf Arifoğlunun nəticələrini də ləğv etdi

Tarix:

13-02-2020, 19:38

/ 944 dəfə oxundu.
MSK Rauf Arifoğlunun nəticələrini də ləğv etdi

9 fevral tarixində Azərbaycanda keçirilən parlament seçkiləri üzrə bəzi dairələrin nəticələri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən ləğv edib.

MSK sədri Məzahir Pənahovun sədrliyi ilə bu gün keçirilən iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədin özü İqbal Ağazadə və salahiyyətli nümayəndəsi Rafael Tağızadənin müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert Qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqəiqətən də seçki qanunvericiliyinin pozuntularına yol verilib: “3 və saylı məntəqə seçki komissiyasında protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin , 30 seçki məntqəsi üzrə səsvermənin nəticələri hesab edilib və həmin dairə üzrə səsvermənin nətciələri etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxalıb və qəbul edilib.

Qeyd edək ki, bu dairənin lider namizədi Rauf Arifoğludur (Abbasov).

Xatırladaq ki, bu gün MSK 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrini ləğv edib.

Şərhlər

XƏBƏR LENTİ