Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu parlament seçkilərinə namizədliyini irəli sürüb.
O, bu barədə şəxsi “Facebook” hesabında yazıb. ”Parlament seçkilərində iştirak edirəm, seçicilərimi, media ictimaiyyətini və dostları dəstəyə səsləyirəm” – deyə, qeyd edən Arifoğlu, beləliklə, iddialı namizəd İqbal Ağazadəyə rəqib olub.
R. Arifoğlu bildirib ki, bu gün seçki hüququndan istifadə edərək, 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb: "Bunun üçün lazım olan sənədləri səlahiyyətli nümayəndəm DSK-ya təqdim etdi".