SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Daha 4 icra başçısının işləri fırıxdır... - İDDİA

Daha 4 icra başçısının işləri fırıxdır... - İDDİA

Tarix:

9-06-2020, 10:12

/ 2 693 dəfə oxundu.
Daha 4 icra başçısının işləri fırıxdır... - İDDİA

Yeni məmur həbsləri gözlənilir və bu əsnada daha 4 rayon icra hakimiyyətində anoloji proseslər baş verə bilər. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, hadisələr yaxın günlərdə yenidən intensivləşəcək.

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da rayon rəhbərləri arasında yeni həbslərin anonsunu verib.

S.Novruzov yerli mediaya müsahibəsində bildirib ki, hazırda rayonların icra hakimiyyətlərinin fəaliyyətinin yoxlanılması davam edir.

"Heç kim arxayınlaşmamalıdır. Bu proses çox çəkəcək. Məmurlar rüşvət almamalı, xalqa ləyaqətlə xidmət etməlidirlər",- deyə YAP rəsmisi vurğulayıb.

Xatırladaq ki, bu, Siyavuş Novruzovun ilk belə açıqlaması deyil. O əvvəllər bildirmişdi ki, mərkəzi icra hakimiyyətinin ən yüksək pillələrində məqsədyönlü şəkildə Prezident İlham Əliyevin siyasətinə qarşı çıxan insanlar var. Üstəlik, onların arasında bəzi nazirlər və dövlət komitələrinin rəhbərləri də yer alırlar.

DİA.AZ-a daxil olan son informasiyada isə qeyd olunur ki, konkret olaraq 4 RİH başçısının işləri fırıxdır və məlum prosesin yeni dalğasının start düyməsi hər an basıla bilər.

Qeyd edək ki, hədəfdə olan icra başçılarının kimliyi redaksiyamıza məlumdur. Sadəcə müəyyən dəqiqləşdirmələrdən sonra adları açıqlamağa çalışacağıq. Bizi izləməkdə davam edin...

Şərhlər

XƏBƏR LENTİ