SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » YAP Siyavuş Novruzovun adını siyahıdan ÇIXARDI

YAP Siyavuş Novruzovun adını siyahıdan ÇIXARDI

Tarix:

25-08-2020, 11:37

/ 757 dəfə oxundu.
YAP Siyavuş Novruzovun adını siyahıdan ÇIXARDI

Milli Məclisin deputatı Siyavuş Novruzov məlum toy qalmaqalına görə dünən hakim Yeni Azərbaycan Partiyasında (YAP) tutduğu vəzifədən - İcra katibinin müavini postundan istefa verib.

Modern.az-ın məlumatına görə, Siyavuş Novruzovun adı bu gün YAP-ın saytındakı İcra katibliyi bölməsindən çıxarılıb.

Bu isə o deməkdir ki, patiya rəhbərliyi S.Novruzovun istefasını qəbul edib.

Hazırda YAP-ın saytındakı İcra katibliyi bölməsində 9 nəfərin adı var.

Xatırladaq ki, Siyavuş Novruzov Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə YAP ona töhmət vermişdi.

Daha sonra isə deputat xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunmuşdu.

Şərhlər

XƏBƏR LENTİ