SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » "Azərbaycanda nazir həbs ediləcək" – SENSASİON AÇIQLAMA

"Azərbaycanda nazir həbs ediləcək" – SENSASİON AÇIQLAMA

Tarix:

2-05-2020, 12:34

/ 1 983 dəfə oxundu.
"Azərbaycanda nazir həbs ediləcək" – SENSASİON AÇIQLAMA

"Proses icra başçılarının həbsi ilə yekunlaşmayacaq. Onlardan da yüksək vəzifə tutan və dövlətçiliyə qarşı çıxan, eləcə də vətəndaşları incidən məmurlar var”.

Bunu Biləsuvarın icra başçısının həbsinə münasibət bildirən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Siyavuş Novruzov deyib.

S. Novruzov mərkəzi icra hakimiyyətinin yuxarı eşalonunda vəzifə tutan və ölkə başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasətə qarşı çıxan bir sıra vəzifə sahiblərinin oldğunu bildirib. O, qeyd edib ki, bu sırada bəzi nazir və komitə sədrləri də var: “Korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, öz yaxınlarına yüksək vəzifə verən nazirlər, komitə rəhbərləri var. Həmçinin. bəzi yüksək vəzifəli məmurlar tenderləri öz şirkətlərinə, yaxın qohumlarına verirlər. Görünür ki, onlar bu çirkin əməllərindən əl çəkmək niyyətində deyillər. Bu kimi şəxslərin həbs ediləcəyi də qaçılmazdır”.Unikal.org

Şərhlər

XƏBƏR LENTİ