XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək
3-06-2020, 18:57

İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Paradda hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.