SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak edib

Tarix:

23-03-2022, 11:49

/ 1 822 dəfə oxundu.
Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak edib

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Paradda fəxri qonaq qismində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak edib

Şərhlər

XƏBƏR LENTİ