XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Prezident Moskvadakı paradda iştirak etməyəcək

Prezident Moskvadakı paradda iştirak etməyəcək

Prezident Moskvadakı paradda iştirak etməyəcək
18-06-2020, 15:09

Azərbaycan Prezidenti İlham Əliyev Qələbənin 75 illiyi münasibətilə Moskvada keçiriləcək hərbi paradda iştirak etməyəcək.

Bu barədə Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında bildirib.

Prezident İlham Əliyev Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib və qeyd edib ki, ölkəmiz bu tədbirdə Müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaq.

Vladimir Putin vəziyyətə anlayışla yanaşdığını bildirib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.