XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Digər icra başçıları rüşvət almağa davam edirlər”

"Digər icra başçıları rüşvət almağa davam edirlər”

"Digər icra başçıları rüşvət almağa davam edirlər”
1-05-2020, 14:47

Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev son dövrdə rayon icra başçılarının həbsi ilə bağlı danışıb.

Q.Həsənquliyev deyib ki, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə apararaq əməliyyatlar keçirir: “Bir rayonda icra başçısı həbs olunur, sanki bunun o biri rayona aidiyyatı yoxdur. Digər rayonların icra başçıları rüşvət almağa davam edir. Onlar qorxmadan, əminliklə bunu davam etdirirlər. Nədənsə onların məsuliyyətdən yayınacaqlarına dair daxillərində bir inam var.

Əgər bizdə insanlar bilsə ki, rüşvət verdiyinə görə sabah cinayət işi açılanda, onu da məsuliyyətə cəlb edəcəklər, onda qorxub rüşvət verməkdən yayınar. Hesablama Palatası yoxlamalar aparıb nöqsanları aşkar edir və bununla bağlı müvafiq dövlət qurumlarına təkliflər göndərir. Dövlət qurumları isə əziyyət çəkirlər ki, qanunlarda boşluq olsun, onlar da bundan sui-istifadə etsin.

Vüqar müəllim, ( Vüqar Gülməmmədov-red) buna görə də təklifləri bizə göndərin ki, o boşluqları görək və aradan qaldıraq. Biz qanunların icrası ilə məşğul olmuruq deyə boşluqları görmürük”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.