XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » "Rüşvətə qarşıyam” deyib həbs olunan icra başçısından XƏBƏR VAR

"Rüşvətə qarşıyam” deyib həbs olunan icra başçısından XƏBƏR VAR

"Rüşvətə qarşıyam” deyib həbs olunan icra başçısından XƏBƏR VAR
25-12-2020, 14:10

Binəqədi Rayon Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyəti sabiq başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin müddətinni uzadılması ilə bağlı təqdimata bxılıb.

Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesəd qərar elan edilib. Qərara əsasən, C.Cəfərovun həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin icra başçısı C.Cəfərov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov avqustun 19-daBaş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

C.Cəfərov həbsindən əvvəl keçirdiyi konfransda rüşvətə qarşı olduğunu deyərək, tabeliyindəki rüşvət alan məmurlardan bunun tamamilə yığışdırılmasını istəmişdi: “Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən icra başçıları həbs olunub. Mən istəməzdim bizim rayonumuzda da belə hallar baş versin", - deyə o, çıxışında bildirmişdi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.